...

Azərbaycan neftinin qiymətləri: 23-27 iyun həftəsinin yekunları

Energetika Materials 30 İyun 2014 13:50 (UTC +04:00)
Ötən həftə - 23-27 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 115,7 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,6 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 23-27 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Ötən həftə - 23-27 iyun tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 115,7 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,6 dollar azdır.

Trend-in məlumatına görə, 23-27 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 116,82, minimum isə 114,79 dollar/barel təşkil edib.

23-27 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 109,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,26 dollar azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 110,81, minimum isə 109,45 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 112,83 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,43 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 113,74 dollar, minimum isə 112,09 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti