...

ARDNŞ neft emalı zavodlarından birində soyutma sistemini təkmilləşdirəcək

Energetika Materials 18 İyul 2014 17:10 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni susoyutma qurğusu tikəcək.
ARDNŞ neft emalı zavodlarından birində soyutma sistemini təkmilləşdirəcək

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni susoyutma qurğusu tikəcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin cümə günü yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, yeni susoyutma qurğusu mövcud soyutma sisteminin ilin isti aylarında tələbata tam cavab verə bilməməsi nəzərə alınaraq tikiləcək.

Bu məqsədlə Fransanın "Hamon Thermal Europe" firmasının müasir tələblərə cavab verən qurğusu seçilib.

Qurğunun məhsuldarlığı saatda 7000 kubmetr təşkil edir. Qurğu eyni zamanda, zavodda həyata keçirilməsi planlaşdırılan 21 nömrəli ED-AVQ-6 qurğusunun 7,5 milyon ton/il, 55 nömrəli katalitik krekinq qurğusunun 3 milyon ton/il məhsuldarlığa rekonstruksiyasi və tikiləcək yeni qurğular nəzərə alınaraq layihələndirilib.

Yeni qurğu qapalı sistemdir. Onun istismara verilməsindən sonra bioloji təmizləmə qurğularından zavoda verilən dövretdirilən suyun dayandırılması nəticəsində bioloji təmizləmə qurğularının izafi yüklənməsinin qarşısı alınacaqdir ki, bu da ekoloji mühitin yaxşılaşdırılmasına mühüm töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti