Azərbaycan, Bakı, 12 avqust/Trend/
2014-cü ilin I yarısında Türkiyənin "Petkim" neft-kimya holdinqinin xalis mənfəəti 55 milyon türk lirəsi təşkil edib. Bu da 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 11 dəfə çoxdur. Bu barədə Trend çərşənbə axşamı "Petkim"in rəsmi saytına istinadən məlumat verir.
ARDNŞ-nin "Petkim"dəki iştirak payı 61,32 faizdir.
"Petkim"in 2013-cü ildə xalis mənfəəti 49 milyon türk lirəsi olmuşdu.
Məlumatda deyilir ki, hesabat dövründə şirkətin dövriyyəsi 2,44 milyard lirə olub: "İstehsal güclərinin istifadə olunma səviyyəsi 9 faiz bəndi artaraq 90 faizə çatıb".