...

Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

Energetika Materials 3 Sentyabr 2014 15:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) təmir-tikinti işləri ilə əlaqədar olaraq Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb.
Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) təmir-tikinti işləri ilə əlaqədar olaraq Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Bunu çərşənbə günü Trend-ə ARDNŞ-nin Qaz İxrac İdarəsindən deyiblər.

Azərbaycan qazının Rusiyaya tədarükü 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında Azərbaycan qazının alış-satışı haqqında imzalanmış müqavilə (prolonqasiya imkanı ilə) əsasında həyata keçirilir.

İdarədən qeyd ediblər ki, Rusiyaya qaz ixracı Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan sahəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırılıb.

Mənbə qazın verilişinin bərpa olunması vaxtını açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti