Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 14:00-dan 16:00-dək Sabirabad rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.