...

Azərbaycan neftinin qiymətləri: 15-19 sentyabr həftəsinin yekunları

Energetika Materials 22 Sentyabr 2014 11:38 (UTC +04:00)
Ötən həftə - 15-19 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 98,77 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 dollar/barel azdır.
Azərbaycan neftinin qiymətləri: 15-19 sentyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 15-19 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 98,77 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 dollar/barel azdır.

Trend-in məlumatına görə, 15-19 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 99,5, minimum isə 98,04 dollar/barel təşkil edib.

15-19 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 94,55 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,96 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 95,37, minimum isə 93,87 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

15-19 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti təxminən 97 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,2 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 97,73 dollar, minimum isə 96,36 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti