...

"Neft Daşları" yatağında yeni quyu

Energetika Materials 28 Oktyabr 2014 15:16 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli meydançadan 2601 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli meydançadan 2601 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNş-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2223-2209 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti