...

"BP Azerbaijan" işçilərin ixtisarı məsələsinə aydınlıq gətirdi

Energetika Materials 11 Dekabr 2014 12:07 (UTC +04:00)
BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətlidir.
"BP Azerbaijan" işçilərin ixtisarı məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir. BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək". Bunu Trend-in sorğusuna cavab olaraq "BP Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

T.Bayatlı bildirib: "Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarını nəzərdən keçiririk. Bu imkanlar əsasən əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha guclü və daha rəqabətqabiliyyətli olaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti