...

Astara rayonunun ilk dəfə qaz görən kəndi

Energetika Materials 30 Dekabr 2014 14:50 (UTC +04:00)
Astara rayonunun Züngüləş kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Astara rayonunun ilk dəfə qaz görən kəndi

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bu gün Astara rayonunun Züngüləş kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 124 abonenti olan Züngüləş kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 17 592 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti