"Neft Daşları"nda yeni quyu

Energetika Xəbər 5 Fevral 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

"Neft Daşları" yatağındakı 418A nömrəli platformadan 2633 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti