...

ARDNŞ dollar istiqrazlarının üçüncü buraxılışını yerləşdirdi

Energetika Materials 12 Mart 2015 19:30
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cəlb etmə üçün nəzərdə tutulmuş həcmdən 25 faiz az məbləğdə dollar istiqrazlarının sayca üçüncü buraxılışını yerləşdirib.
ARDNŞ dollar istiqrazlarının üçüncü buraxılışını yerləşdirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cəlb etmə üçün nəzərdə tutulmuş həcmdən 25 faiz az məbləğdə dollar istiqrazlarının sayca üçüncü buraxılışını yerləşdirib.

Bu barədə Trend "Global Capital" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, buraxılışın ümumi həcmində 1 milyard dollarda 15 illik istiqrazlar 6,95 faiz gəlirliklə 750 miyon dollar yerləşdirilib.

Yerləşdirmədən əldə edilən vəsaitin yarısı Türkiyədə "Star" neft emalı zavodunun tikintisinə xərclənəcək, qalan hissəsi isə şirkətin qısamüddətli kreditlərinin yenidən maliyyələşdirilməsinə və ümumi korporativ məqsədlərə ayrılacaq.

Daha əvvəl ARDNŞ-nin kapital bazarından gəlirliyi 7 faiz olan 1 milyard dollar cəlb edəcəyi gözlənilirdi.

Buraxılışın menecerləri qismində "Deutsche Bank" və "JP Morgan" seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti