...

ARDNŞ Yunanıstanın qaz operatorunun payının alışının yubanma səbəblərini açıqlayıb

Energetika Materials 19 Mart 2015 14:48 (UTC +04:00)
ARDNŞ-in Yunanıstanın DESFA qaz operatorunda 66 faizlik payın əldə edilməsi üzrə sövdələşmə prosesinin uzadılmasının səbəbi Avropadakı çətin bürokratik prosedurlardır.
ARDNŞ Yunanıstanın qaz operatorunun payının alışının yubanma səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Maksim Tsurkov/

ARDNŞ-in Yunanıstanın DESFA qaz operatorunda 66 faizlik payının əldə edilməsi üzrə sövdələşmə prosesinin uzadılmasının səbəbi Avropadakı çətin bürokratik prosedurlardır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev "Neftqaztikinti" trestinin yeni inzibati binasının açılışında deyib.

Onun sözlərinə görə, ARDNŞ-in əməkdaşlarından ibarət geniş işçi qrup bu layihə üzərində işi davam etdirir: "Yunanıstanın yeni hökuməti bu məsələnin əleyhinə deyil. Onlar deyirlər ki, əvvəlki hökumətin qəbul etdiyi qərarlara hörmət edirlər. Biz də bu qərara hörmətlə yanaşır və hesab edirik ki, bu layihə çox mənfəətlidir. O, Azərbaycanda gələcəkdə qaz sahəsinin inkişafında vacib rol oynayacaq. Avropaya qaz ixrac edən şirkətlət bir-birindən çətin fərqlənir və biz də müvafiq qaydalara uyğunlaşmalıyıq".

Qeyd edək ki, ARDNŞ 2013-cü ilin dekabrında DESFA-nın 400 milyon avroluq 66 faiz səhmlərinin əldə edilməsi üzrə tenderin qalibi olub. Qalan hissə Yunanıstana məxsus olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti