Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Maksim Tsurkov/
Serbiya Transanadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycandan qaz tədarüklərinə çıxış əldə edə bilər. Bu barədə Trend "Natural Gas Europe" saytına istinadən məlumat verir.
Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Aleksandr Antiç bildirib ki, əsas prioritet ikitərəfli boru kəməri vasitəsilə Serbiya və Bolqarıstan arasında əlaqədir: "Serbiya Bolqarıstanla qarşılıqlı əlaqələr qurmaqla TANAP vasitəsilə Azərbaycandan qaz tədarüklərinə çıxış əldə edə bilər".
Onun sözlərinə görə, Serbiya Rusiyanın "Cənub axını"nın tikintisi layihəsindən imtina etməsindən sonra alternativ qaz təchizatını nəzərdən keçirməyə başladı.