...

BP "Qərbi Azəri" platformasında hasilatı bərpa edib

Energetika Materials 12 İyun 2015 18:11 (UTC +04:00)
Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Qərbi Azəri" platformasında hasilatı bərpa edib.
BP "Qərbi Azəri" platformasında hasilatı bərpa edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Azad Həsənli/

Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Qərbi Azəri" platformasında hasilatı bərpa edib. Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Platformada iş bu il mayın 21-də profilaktik işlərin keçirilməsi məqsədilə dayandırılmışdı.

T.Bayatlı qeyd edib ki, "Qərbi Azəri" platformasında profilaktik işlər planlaşdırılandan 6 gün əvvəl başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti