...

SOCAR Gürcüstanda daşqın nəticələrinin aradan qaldırılmasına yardım göstərir

Energetika Materials 15 İyun 2015 14:43 (UTC +04:00)
SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstandakı nümayəndəliyi Tbilisidə daşqın nəticələrinin aradan qaldırılmasına yardım göstərir.
SOCAR Gürcüstanda daşqın nəticələrinin aradan qaldırılmasına yardım göstərir

Azərbaycan, Bakı, 15 iyun /Trend/

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstandakı nümayəndəliyi Tbilisidə daşqın nəticələrinin aradan qaldırılmasına yardım göstərir. Bu barədə Trend-ə SOCAR şirkətinin baş direktoru Mahir Məmmədov deyib.

O bildirib ki, şirkət daşqın nəticələrinin aradan qaldırılması üçün Tbilisi meriyasına 10 min litr benzin və 50 min lari vəsait ayırıb: "SOCAR heyəti Tbilisidə daşqın zamanı həlak olanların ailələrinə başsağlığı verir. Şirkət tərəfindən dərhal qərargah yaradılıb və əməkdaşlarımız daşqın nəticəsində zərər çəkənlərə yardım göstərmək üçün ilkin tələbat əşyaları toplamağa başlayıb".

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi əhaliyə yardım üsullarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti