...

Azərbaycan neftinin qiymətləri: 27-31 iyul həftəsinin yekunları

Energetika Materials 1 Avqust 2015 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Ənvər Məmmədov/

Ötən həftə (27-31 iyul) Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 55,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,86 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 55,52, minimum isə 54,02 dollar/barel təşkil edib.

27-31 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 50,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,79 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 51,25, minimum isə 49,72 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

27-31 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 53,84 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,07 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 54,43 dollar, minimum isə 52,53 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti