...

İran elektrik şəbəkəsinin Azərbaycan şəbəkəsinə qoşulması üçün qiymət məsələsi tezliklə həll oluna bilər

Energetika Materials 4 Avqust 2015 12:04 (UTC +04:00)
“Sevindirici haldır ki, İran elektrik şəbəkəsinin Azərbaycan şəbəkəsinə qoşulması üçün texniki işlər görülüb. İndi qiymət məsələsi qalır ki, bu da tezliklə öz həllini tapa bilər”.
İran elektrik şəbəkəsinin Azərbaycan şəbəkəsinə qoşulması üçün qiymət məsələsi tezliklə həll oluna bilər

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"Sevindirici haldır ki, İran elektrik şəbəkəsinin Azərbaycan şəbəkəsinə qoşulması üçün texniki işlər görülüb. İndi qiymət məsələsi qalır ki, bu da tezliklə öz həllini tapa bilər".

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Tehranda görüşən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.

M.Vaezi əlavə edib ki, "5+1" olkələri ilə əldə olunan razılıqdan sonra Azərbaycan heyətinin İrana səfəri çox əhəmiyyətlidir: "Bu səfər bizim üçün də önəmlidir. Nüvə sahəsində böyük nailiyyət əldə etdikdən sonra bizim qonsu ölkələr, xüsusilə də Azərbaycanla əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Bu səfər onu göstərir ki, dünyada baş verən hər hansı bir hadisənin iki ölkə arasındakı əlaqələrə heç bir təsiri yoxdur. Bu əlaqələr yüksək templə inkişaf etməkdə davam edəcək".

İki ölkə arasında bank əlaqələrinin inkişafını önəmli sayan M.Vaezi qeyd edib ki, tezliklə gömrük əlaqələrinin inkişaf etdiriləcəyinə də ümid edirlər: "Enerji, neft, qaz və neft-kimya sahələrində yaxşı əlaqələr qura bilərik".

Ş.Mustafayev isə qeyd edb ki, Azərbaycan İranı həm çətin, həm də xoş gündə tək qoymayacaq.

Nazirin sözlərinə görə, iki tərəf arasında qarşılıqlı maraq doğuran sahələr çoxdur: "Neft, qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrimiz genişdir. Bu gün genis muzakirələr aparacağıq. Əminəm ki, uğurlu əməkdaşlığımıza üçün bugünkü görüşlər öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti