...

Azərbaycan və Malta arasında enerji məsələləri müzakirə edilib

Energetika Materials 7 Sentyabr 2015 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Malta Respublikasına səfəri çərçivəsində bu ölkənin Baş naziri Jozef Muskat ilə görüşüb.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub.

Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

R.Abdullayev Azərbaycanın neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən genişmiqyaslı enerji layihələri barədə məlumat verib.

Malta hökumətinin başçısı Jozef Muskat ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti