Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
Cənub Qaz Dəhlizi Avropa İttifaqı (Aİ) və Azərbaycanın birgə əsas layihəsidir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Malena Mard Bakıda keçirilən "Neft-qaz həftəsi - 2015" konfransında deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması Aİ üçün olduqca vacibdir: "Cənub Qaz Dəhlizinin miqyasının genişləndirilməsi bizim üçün daha bir vacib məsələdir. Aİ hazırda diqqətini Cənub Qaz Dəhlizinin reallaşdırılmasının birinci fazasına yönəldib".
M.Mard bildirib: "Böyük həcmdə qaz əldə etmək istəyimizi heç vaxt gizlətməmişik. Bunu reallaşdırmağın imkanlarından biri Azərbaycandan əlavə həcmlərin alınmasıdır. Bu, hazırda dünyada iri enerji layihəsidir və ümid edirik ki, ilk qaz Avropaya 2020-ci ilin əvvəlində çatacaq".
Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizi hazırda üçüncü enerji layihəsinin qaydalarına uyğun gəlir: "Əminəm ki, layihə genişləndirilərsə, biz gələcəkdə də üçüncü enerji layihəsi məsələsinin nizamlanmasının mümkün yollarını tapacağıq".