Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) 2016-cı ildə aktivlərin həcmini cari ildəki səviyyədə saxlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOFAZ-ın Risklərin idarə edilməsi şöbəsinin müdiri Bəhruz Bəhramov deyib: "SOFAZ-ın 2016-cı il üçün büdcə xərclərinin gəlirlərini üstələməsinə baxmayaraq, əsas vəzifəmiz fondun aktivlərinin azalmasının qarşısını almaqdır. Gələn il səylərimiz səviyyənin sabitləşdirilməsinə yönəldiləcək və onu cari səviyyədə - təqribən 35 milyard dollar həcmində saxlamağa ümid edirik. Bununla belə, gələcəkdə dövlət büdcəsinə transferlər eyni səviyyədə qalacaq, yaxud aktivlərin səviyyəsini saxlamaq üçün aşağı olacaq".