...

OGPC layihəsi dövlət büdcəsinə daxilolmaları xeyli artıracaq

Energetika Materials 2 Dekabr 2015 11:37 (UTC +04:00)
Neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) istismara verilməsi Azərbaycanın dövlət büdcəsinə daxilolmaların xeyli artırılmasına imkan verəcək.
OGPC layihəsi dövlət büdcəsinə daxilolmaları xeyli artıracaq

Bakı. Maksim Tsurkov - Trend:

Neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) istismara verilməsi Azərbaycanın dövlət büdcəsinə daxilolmaların xeyli artırılmasına imkan verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin birinci müavini Gülməmməd Cavadov Bakıda keçirilən "MDB ölkələrinin neft emalı və neft-kimya həftəsi" 19-cu illik konfransı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın neft emalı sahəsi ilə bağlı böyük plan və vəzifələri var: "OGPC neft emalı, qaz emalı və neft-kimya seqmentindən, eləcə də enerji blokundan ibarət olacaq. Hazırlanmış texniki iqtisadi əsaslandırmaya əsasən, layihənin dəyəri 17 milyard dollar qiymətləndirilir, lakin kompleksin işə salınması məhsul keyfiyyətini xeyli artırmağa, istehsal həcmini və büdcəyə gəlirləri artırmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti