...

2,3 milyon ton Azərbaycan nefti Ceyhandan dünya bazarlarına çıxarılıb

Energetika Materials 7 Dekabr 2015 15:46 (UTC +04:00)
2015-ci ilin noyabr ayı ərzində 2 306 069 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
2,3 milyon ton Azərbaycan nefti Ceyhandan dünya bazarlarına çıxarılıb

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində 2 306 069 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu həcmin 1 620 019 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 340 024 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il dekabrın 1-dək Ceyhan limanından 288 279 114 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti