...

SOCAR Gürcüstanda qaz tədarükünün texniki məsələlərini müzakirə edib

Energetika Materials 14 Yanvar 2016 01:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan dövlət neft şirkətinin (SOCAR) nümayəndələri Gürcüstan hökuməti ilə danışıqlarda əsasən qaz tədarükünün texniki məsələlərini müzakirə edib, bunu Trend-ə "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov deyib.

"Biz Gürcüstana qaz tədarükü həcminin qış aylarında artırılması və yay aylarında azaldılması məsələlərini müzakirə etdik", - deyə Mahir Məmmədov bildirib.

Onun sözlərinə görə, SOCAR Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsində iştirak edəcək. "Biz Gürcüstanda yeraltı qaz anbarının tikintisini müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti