...

Dubay şirkəti Azərbaycan layihələri üçün gəmilər tədarük edəcək

Energetika Materials 3 Mart 2016 12:01 (UTC +04:00)
Dəniz neft-qaz layihələrinə dəstək verməkdə ixtisaslaşmış "Dubai Topaz Energy and Marine" şirkəti Xəzər üçün 14 dəniz gəmisinin tədarükünə dair "BP Exploration" ilə müqavilə bağlayıb.
Dubay şirkəti Azərbaycan layihələri üçün gəmilər tədarük edəcək

Bakı. Aygün Bədəlova - Trend:

Dəniz neft-qaz layihələrinə dəstək verməkdə ixtisaslaşmış "Dubai Topaz Energy and Marine" şirkəti Xəzər üçün 14 dəniz gəmisinin tədarükünə dair "BP Exploration" ilə müqavilə bağlayıb. Bu barədə Trend "Dubai Topaz Energy and Marine" şirkətinə istinadən məlumat verir.

Müqavilə 5 il müddətinədir. Gəmilər Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar bloku layihəsinə və "Şahdəniz" yatağının ikinci mərhələsinə xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti