...

Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

Energetika Materials 3 May 2016 16:17 (UTC +04:00)
2016-cı ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb

Bakı. Maksim Tsurkov - Trend:

2016-cı ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Trend-in "Azərenerji" ASC-yə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövründə 1,9 milyard kilovat-saat olub.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin ötən 4 ayı ərzində isə 7,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu rəqəm 2015-ci ilin eyni dövründə 8,2 milyard kilovat-saat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti