...

Sabah 19 kənddə qaz olmayacaq

Energetika Materials 17 May 2016 20:17 (UTC +04:00)
Hacıqabul, Astara, Qazax və Siyəzən magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.
Sabah 19 kənddə qaz olmayacaq

Bakı. Trend:

Hacıqabul, Astara, Qazax və Siyəzən magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 18-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qarasu" və "Ələt", Astara Magistral qaz kəmərləri sahəsinin "Rvo", Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında, o cümlədən, Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma-Siyəzən" magistral qaz kəmərində cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad, Lerik rayonunun Piran, Lənkəran rayonunun Narbağı, Qromba, Şağlaküçə, Kərgəlan, Rvo, Dərquba və Lvəsər, Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar, Qara Siyəzən və Beşdam kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Şəmkir rayonunun və Qaradağ rayonunun Ələt qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti