...

BP Azərbaycanda iri xüsusi layihəyə başlayıb (FOTO)

Energetika Materials 19 May 2016 12:25 (UTC +04:00)
BP şirkəti “British Council” və Azərbaycan Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində Cənubi Qafqaz Boru Kəməri marşrutu boyunca yerləşən beş bölgədə müəllim və sakinlərə ingilis dilinin tədrisi üzrə iri layihəyə başlayıb.
BP Azərbaycanda iri xüsusi layihəyə başlayıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

BP şirkəti "British Council" və Azərbaycan Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində Cənubi Qafqaz Boru Kəməri marşrutu boyunca yerləşən beş bölgədə müəllim və sakinlərə ingilis dilinin tədrisi üzrə iri layihəyə başlayıb.

Layihənin başlanılmasına həsr edilmiş mərasimdə çıxış edən "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, təşəbbüs Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarını əhatə edəcək və sosial layihələrə sərmayə qoyulması üzrə proqramın hissəsidir.

B.Aslanbəyli qeyd edib ki, layihənin müddəti bir ildir və dəyəri 150000 manatdan artıqdır: "O, iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 10 orta məktəbi təmsil edən 75 ingilis dili müəllimi seçiləcək. Onların təcrübə və bilikləri "British Council" mütəxəssisləri tərəfindən təkmilləşdiriləcək. İkinci mərhələdə 10-16 yaş arasında təxminən 500 məktəbli və 150 yerli əhali nümayəndəsi cəlb ediləcək.

Onun sözlərinə görə, BP və onun neft-qaz layihələrindəki tərəfdaşları bu günədək Azərbaycanda sosial fəaliyyətlərə 70 milyon dollardan artıq vəsait xərcləyib: "BP və tərəfdaşları bu cür layihələrə sərmayə qoymaqda davam edəcək, çünki hesab edirlər ki, bu sərmayələrə səmərəlidir və Azərbaycanın gələcək inkişafına yönəldilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti