...

Xəzərdə daha bir quyu istismara verildi

Energetika Materials 6 İyun 2016 22:16 (UTC +04:00)
“Günəşli” yatağındakı 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Xəzərdə daha bir quyu istismara verildi

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 5 nömrəli dərin dəniz özülündə 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3077-3055 metr intervaldan sutkalıq 47 ton neft və 11 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti