...

5 ayda 96 yaşayış məntəqəsinə qaz verilib

Energetika Materials 9 İyun 2016 17:27 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsinə təbii qaz verilib.
5 ayda 96 yaşayış məntəqəsinə qaz verilib

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədilə cari ilin yanvar-may ayları ərzində 6340 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti