...

PA rəsmisi: Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən ölkədir

Energetika Materials 14 İyun 2016 17:51 (UTC +04:00)
Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən bir ölkədir.
PA rəsmisi: Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən ölkədir

Bakı. Trend:

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən bir ölkədir. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı çərçivəsində keçirilən panel iclasında çıxışı zaman Azərbaycan Respublikasının Prezident Adminstrasiyası Rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Azərbaycanın təşəbbüsü və istəyi ilə reallaşdırılan TAP layihəsi də bunun parlaq göstəricisidir:

"Son 25 ildə Azərbaycanın daxili və xarici siyasəti səmimi, qarşılıqlı və faydalı əməkdaşlığa istiqamətlənib. Azərbaycan İslam və Xristian dünyalarının sərhəddində, Şərq və Qərb, Şimal və Cənub arasında bir ölkədir".

N.Məmmədov əlavə edib ki, Azərbaycan ABŞ və Avropa ölkələri ilə uğurlu və hərtərəfli əməkdaşlıq qurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti