...

Masallının kəndinə ilk dəfə qaz verilib

Energetika Materials 23 İyun 2016 15:30 (UTC +04:00)
İyunun 23-də Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Masallının kəndinə ilk dəfə qaz verilib

Bakı. Trend:

İyunun 23-də Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 8922 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti