Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Ukrayna Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükünün təşkili və Avropa ölkələrinə tranziti perspektivlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bunu Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.
Onun sözlərinə görə, hazırda bunun üçün Ukraynada bütün zəruri texniki imkanlar yaradılıb: "Bundan başqa, Azərbaycanın Ukraynanın neft-qaz sahəsinə sərmayə qoyması imkanlarını müzakirə etdik".