...

Bərdənin daha bir kəndində təbii qaz sevinci

Energetika Materials 21 Oktyabr 2016 17:25 (UTC +04:00)
Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib.
Bərdənin daha bir kəndində təbii qaz sevinci

Bakı. Trend:

Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Həmçinin qeyd olunub ki, hazırda rayonun daha 3 kəndində-Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti