...

“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 11 mindən artıq istehlakçıya xidmət göstərib

Energetika Materials 2 Fevral 2017 20:32 (UTC +04:00)
“Azəriqaz” İB “ASAN” xidmət vasitəsi ilə 11 233 istehlakçıya xidmət edib.
“Azəriqaz” “ASAN” xidmət vasitəsi ilə 11 mindən artıq istehlakçıya xidmət göstərib

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi “ASAN” xidmət vasitəsi ilə 11 233 istehlakçıya xidmət edib.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən yanvar ayı ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində və 1-saylı ASAN kommunal vasitəsilə istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Yanvar ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə və 1-saylı ASAN kommunal, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 11 233 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti