...

“Bibiheybətneft” NQÇİ-də gündəlik hasilat artırılacaq

Energetika Materials 13 Mart 2017 16:42 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.
“Bibiheybətneft” NQÇİ-də gündəlik hasilat artırılacaq

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, Birliyin Baş direktoru Daşqın İskəndərov NQÇİ üzrə hasilatın artırılması, eləcə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, İdarənin ötən ilki göstəricilərini müsbət qiymətləndirib, bildirib ki, neftin, qazın maya dəyəri aşağı salınıb, ikinci lülə kəsilişi ilə quyuların qazılması, müasir texnologiya və SAP-ın müvafiq modullarının tətbiqi genişləndirilib.

Qeyd olunub ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 milyon kubmetr qaz hasil edilib, proqnoza müvafiq olaraq 104,4 və 127,3 faiz əməl olunub. Müşavirədə vurğulanıb ki, hazırki qiymətləndirmələrə əsaən, “Bibiheybət” yatağında 8 milyon ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fondda olan 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurularaq istismara verilməsi, 10 obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur. Gündəlik hasilatın artırılması üçün tədbirlər planı işlənib hazırlanması, neftçilərin təhlükəsizliyinin tam təmin olunması, avadanlıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti