...

SOCAR qəzalı hidrotexniki qurğuları təmir edir

Energetika Materials 2 Avqust 2017 15:39 (UTC +04:00)
“Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri başa çatdırılıb.
SOCAR qəzalı hidrotexniki qurğuları təmir edir

Bakı. Trend:

N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri başa çatdırılıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb.

Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti