...

Fransanın “SUEZ Groupe” şirkəti SOCAR-la əməkdaşlıq perspektivlərni müzakirə edib

Energetika Materials 3 Oktyabr 2017 17:16 (UTC +04:00)
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bu gün Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib.
Fransanın “SUEZ Groupe” şirkəti SOCAR-la əməkdaşlıq perspektivlərni müzakirə edib

Bakı. Trend:

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bu gün Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, M.Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

SOCAR-ın vitse-prezidenti R.Hüseynzadə SOCAR-ın tullantıların idarə olunması istiqamətində gördüyü genişmiqyaslı işlər və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verib. Görüşün sonunda əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün bilik, bacarıq və məlumatların mübadiləsi haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti