...

Azərbaycan neftinin SON QİYMƏTİ - 62 dolları ötüb

Energetika Materials 2 Noyabr 2017 00:11 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 62,2 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - 62 dolları ötüb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 62,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,73 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 61,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 31-də 58,95 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 31-də 60,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti