...

Albaniyalı nazir: TAP intensiv reallaşdırma mərhələsindədir

Energetika Materials 7 Fevral 2018 16:45 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsi intensiv reallaşdırma mərhələsindədir
Albaniyalı nazir: TAP intensiv reallaşdırma mərhələsindədir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik boru kəmərinin (TAP) tikintisi intensiv reallaşdırma mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Albaniyanın infrastruktur və energetika naziri Damian Giknuri deyib.

Nazir qeyd edib ki, Albaniya hökuməti ölkənin enerji xəritəsini dəyişəcək bu vacib layihənin reallaşdırılmasının sürətlənməsi üçün lazımi addımlar atır.

Nazir onu da əlavə edib ki, TAP-la yanaşı Albaniya İoniya-Adriatik boru kəmərinin (IAP) reallaşdırılması ilə bağlı qonşu dövlətlərlə əməkdaşlıq edir: “TAP layihəsi intensiv reallaşdırma mərhələsində olduğu bir zamanda biz IAP layihəsini həyata keçirmək üçün qonşularla əməkdaşlığı davam etdiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti