...

Azərbaycan və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirir

Energetika Materials 30 Mart 2018 17:48 (UTC +04:00)
Azərbaycan və İran arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi barədə anlaşma memorandumu bu ölkələrə neft-qaz sektorunda əməkdaşlığı genişləndirməyə imkan verəcək
Azərbaycan və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirir

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan və İran arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi barədə anlaşma memorandumu bu ölkələrə neft-qaz sektorunda əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Bunu Trend-ə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, bu sənəd yataqların birgə işlənməsi üçün yeni perspektivlər yaradır:

“İran şirkətləri Azərbaycanın neft-qaz sektorunda artıq iştirak edir. İranın NICO dövlət şirkəti “Şahdəniz” layihəsində 10 faiz paya sahibdir. Bugünədək İran Azərbaycanın neft-qaz sektoruna 3 milyard dollara yaxın investisiya qoyub. İmzalanmış memorandum yeni yataqların işlənməsi üzərində çalışmağa imkan verəcək”.

Xatırladaq ki, Xəzər dənizində müvafiq blokların birgə işlənməsi barədə anlaşma memorandumu İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti