...

Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər (FOTO)

Energetika Materials 6 Aprel 2018 16:40 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirilib.
Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, “Məlumat saatı”nda İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, İqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Vüqar Bayramov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri, ASAN könüllüləri və YAP fəalları iştirak ediblər.

Tədbiri A.Əliyeva açaraq, dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından qonaqlara təşəkkür edib. Giriş sözü ilə çıxış edən A.Əliyeva qeyd edib ki, məhz Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə iqtisadi vəziyyət stabilləşib və iqtisadi islahatlar aparılmağa başlayıb. Prezident İlham Əliyevin qətiyyəti ilə bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur.

Növbəti çıxış etmək üçün söz Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyevə verilib. İ.Vəliyev qeyd edib ki, 90-cı illərin əvvəllərində ölkəmiz iqtisadi cəhətdən böhran dövrünü yaşayırdı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün iqtisadiyyatımız Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Daha sonra mövzu ətrafında mühazirə ilə çıxış etmək üçün söz iqtisadçı-ekspert Vüqar Bayramova verilib. Natiq bildirib ki, ölkə iqtisadiyyatı 2014-cü ildən artıq yeni postneft adlanan yeni bir mərhələyə qədəm qoyub və neft sənayesi olan ölkələr arasında Azərbaycan ilk ölkədir ki, postneft iqtisadi yolunu elan edib. Bundan əlavə, ölkə başçısı tərəfindən imzalanan strateji yol xətirələri gələcəkdə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına və qeyri-neft sektorunun daha da şaxələnməsinə təkan verəcək.

Tədbirin sonunda auditoriyanın sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti