...

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

Energetika Materials 31 May 2018 17:02 (UTC +04:00)

Bakı. Trend:

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.

Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü olub və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edib. Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.

Bildirilir ki, Arzu Əzimov ''SOCAR Trading''də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti