...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 11 İyun 2018 23:12 (UTC +04:00)
Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,65 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,92 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti