...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 25 İyun 2018 23:15 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,57 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,09 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 74,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,97 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti