...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 6 Avqust 2018 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 73,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 3-də 70,22 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 3-də 72,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti