...

BP "Azəri Mərkəzi Şərqi" layihəsi üzrə ətraf mühitə təsirin qiymətləndirilməsinin ilkin variantını hazırlayıb

Energetika Materials 19 Sentyabr 2018 08:11 (UTC +04:00)

Bakı. Trend:

BP Azəri, Çıraq və Dərinsulu Günəşli (AÇG) yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) üzrə Podratçı Tərəflərin adından operator kimi elan edir ki, AÇG yatağının işlənməsi üzrə iş proqramı çərçivəsində Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırlanıb və dərc edilib.

Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsi AÇG müqavilə sahəsinin işlənməsinin növbəti mərhələsini əks etdirir. AMŞ üzrə ƏMSSTQ sənədində Azəri Mərkəzi Şərqi layihəsinin bütün fəaliyyətlərinin ətraf mühitə və sosial sahəyə potensial təsirləri araşdırılır və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

AMŞ layihəsinin aşağıdakılardan ibarət olması planlaşdırılır:

Suyun təxminən 137 metr dərinliyində, Mərkəzi Azəri (MA) və Şərqi Azəri (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platforması;
Üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruktur;
ŞA platformasından AMŞ platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabeli.

AMŞ layihəsinin ƏMSSTQ prosesinin ümumi məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

Məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi bu tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.

AMŞ üzrə ƏMSSTQ sənədinə dair fikir və rəylərinizi bildirməyə dəvət edirik.

Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin www.bp.com/caspian vebsaytında yerləşdirilib.

Bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
Ümid qəsəbəsindəki orta məktəblər:

Ümid qəsəbəsi 294 saylı tam orta məktəb
Ümid qəsəbəsi Laçın rayon 7 saylı tam orta məktəb

Səngəçal və Sahil qəsəbələrində yerləşən dövlət kitabxanaları:

Səngəçal qəsəbəsi, Sabir küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 5 saylı filalı
Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, Qaradağ rayonunun mərkəzləşdirilmiş kitabxana sisteminin 2 saylı filialı

M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: B. Ağayev küçəsi 100a

Bu sənədə dair rəy və təkliflər BP Azərbaycan şirkətinin tələblərə riayət və icazələr üzrə müşaviri Səadət Qaffarovaya ünvanlanmalıdır.

Əlaqə məlumatları

Telefon: 012 599 4329 / 055 225 9013

E-poçt ünvanı: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti