...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 29 Yanvar 2019 22:13 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,75 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,71 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti