...

Buşehr AES gələn ay yenidən fəaliyyətə başlayacaq

Energetika Materials 3 Aprel 2019 16:26 (UTC +04:00)
İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası aprel ayının ortalarında yenidən fəaliyyətə başlayacaq.
Buşehr AES gələn ay yenidən fəaliyyətə başlayacaq

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası may ayının ortalarında yenidən fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Buşehr AES-nin İstismarı Şirkətinin icra direktoru Hüseyn Qəffari deyib.

H.Qəffarinin sözlərinə görə, Buşehr AES-i təmirə dayandığı vaxtda stansiyanın yanacağının üçdə biri dəyişdiriləcək, həmçinin avadanlıqlar quraşdırılacaq.

AES rəsmisi bildirib ki, indiyədək stansiya 35 milyard kilovat saatdan çox elektrik enerjisini ölkənin elektrik şəbəkəsinə ötürüb. AES-in istehsal etdiyi elektrikin dəyəri 55 milyon barrel xam neftə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti