...

Azərbaycan nefti bahalaşır

Energetika Materials 8 Oktyabr 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 62,1 dollar/barel təşkil edib
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 62,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti