...

Azərbaycan Avro-5 standartına cavab verən dizel və benzin istehsal edəcək

Energetika Materials 25 Oktyabr 2019 12:54 (UTC +04:00)

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanda yanacağa tələbatın böyük hissəsini təmin edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernləşdirmə və rekonstruksiya layihəsinin ikinci və üçüncü mərhələləri davam edir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirirb ki, modernləşdirmə layihəsi çərçivəsində zavodda Avro-5 standartına cavab verən dizel və benzin yanacağı istehsal olunacaq. İstehsal prosesi müvafiq olaraq 2021 və 2022-ci ildə başlayacaq. 2024-2025-ci illərdə isə neft məhsulları istehsalının 7,5 milyon tonadək çatdırılması planlaşdılır.

İ.Əhmədov onu da bildirib ki, təmir müddətində 120 min tonadək Aİ-92 markalı benzinin idxalı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti